Prezident 240 min təhsil işçisini SEVİNDİRDİ
Bizi izləyin

Elm və təhsil

Prezident 240 min təhsil işçisini SEVİNDİRDİ

Prezident İlham Əliyevin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncamı orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Bu barədə Publika.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sərəncama əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq.

“Bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir. 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm