Bu bazar 36 min şagird imtahan verəcək
Bizi izləyin

Elm və təhsil

Bu bazar 36 min şagird imtahan verəcək

Martın 18-də respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən Publika.az-a verilən məlumata görə, həmin gün ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Bu imtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə martın 11-dən etibarən çap edib götürə bilirlər.İmtahan saat 11:00-da başlanır.

Şagirdlər imtahana gələrkən imtahana buraxılış vərəqəsini,şəxsiyyəti təsdiq edən sənədin əslini,a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini,b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün ümumilikdə 127 imtahan mərkəzi ayrılıb. 9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 32822 şagirdin iştirakı nəzərdə tutulur.İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında isə 3791 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 285 imtahan rəhbəri, 3278 nəzarətçi-müəllim ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm