Elm və təhsil
Şagirdlərin buraxılış imtahan nəticələri açıqlanıb
İlk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdlərin buraxılış imtahanlarının nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumta görə, imtahan nəticələri martın 19-da saat 15:20-dən etibarən DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 3791 nəfərdən 101 nəfər imtahana gəlməyib, 1 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8‑dən, xarici dil və ya kimya fənnindən 7-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) uyğunluğu aşağıdakı cədvəldə təqdim olunur:
Təhsilin səviyyəsi |
Qiymət |
Fənlər üzrə düzgün cavabların sayı |
||
Azərbaycan dili/rus dili |
Riyaziyyat |
Xarici dil/Kimya |
||
Tam orta |
2 |
0-7 |
0-7 |
0-6 |
3 |
8-17 |
8-16 |
7-16 |
|
4 |
18-25 |
17-24 |
17-24 |
|
5 |
26-30 |
25-30 |
25-30 |
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi