• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

I–IV ixtisas qrupları üzrə sınaq imtahanı başlayır

I–IV ixtisas qrupları üzrə sınaq imtahanı başlayır

Rezidenturaya qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində keçirilir. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

Dövlət İmthan Mərkəzindən Publika.az-a verilən məlumata əsasən, imtahanda iştirak etmək üçün 1092 namizəd ərizə təqdim edib.

I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanı isə respublikanın 18 şəhər və rayonunda keçirilir.

Sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Sumqayıt, Mingəçevir, Şəki, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İmişli, Şirvan, Lənkəran, Masallı, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 49 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 23579 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayacaq.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR