Bakı məktəbində 1-ci sinif şagirdi zorlanıb? - RƏSMİ REAKSİYA
Bizi izləyin

Elm və təhsil

Bakı məktəbində 1-ci sinif şagirdi zorlanıb? - RƏSMİ REAKSİYA

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə 1-ci sinif şagirdinin 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, bu barədə övladları həmin məktəbdə təhsil alan valideynlər müraciət edib. Valideynlərin məktəb qarşısında aksiya keçirdiyi, direktorun onları qəbul etmədiyi qeyd edilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, yayılan məlumat əsassızdır:

“263 nömrəli tam orta məktəbin direktoru Nurqələm Bayramovanın verdiyi məlumatda qeyd olunur ki, yayılan məlumat tamamilə yanlışdır. Uşağını məktəbə gətirən və ya məktəbdən uşaq götürən valideynlər bu yanlış məlumatı eşidib maraqlanıblar. Məktəb rəhbərliyi də onlara məlumatın doğru olmadığını bildirib. Məktəb qarşısında heç bir aksiya keçirilməyib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm