İNANILMAZ İLLÜZİYA: Ay üfüqdə niyə daha böyük görünür? - VİDEO - FOTO
Bizi izləyin

Elm və təhsil

İNANILMAZ İLLÜZİYA: Ay üfüqdə niyə daha böyük görünür? - VİDEO - FOTO

Ayın üfüqə yaxın olduğu zamanlarda daha böyük görünməsi hamı kimi bir çox elm adamının da marağını çəkən bir mövzudur. Daha öncə, mütləq ki, “Ay bu gün daha böyük görünürdü” cümləsini eşitmisiniz. Bəli, Yer kürəsinin peyki olan Ay gerçəkdən də daha böyük görünə bilir. Lakin üfüqə yaxın olarkən daha böyük görünməsinin də başqa səbəbləri var. Bu duruma “Ayın illüziyası” deyilir.

Publika.az “Ay nə zaman daha böyük görünür” sualının bir neçə variantda cavabını təqdim edir:

Ay digər göy cisimləri kimi elliptik orbitdə fırlanır. Dolayısı ilə bəzən Yer kürəsinə yaxın, bəzənsə daha uzaq olur. Bu da Ayın bəzən gerçəkdə olduğundan daha böyük görünməsinə rəvac verir. Ancaq bu fərqin fərqində olmaq oldquca kəskin bir göz ilə bolluca təcrübəsi olan birinə qismət olur. Hər nə qədər böyük bir fərq kimi görünsə də, 4 dəqiqəlik fərq 1 dərəcənin 1/15-i qədərdir (Göy üzünə barmağınızı uzadın. Bu, təxminən, 1 dərəcədir. Aradkı dəyişiklik bunun 1/15 -nə bərabədir).

Ay hər nə qədər gecə boyunca doğub batarkən orbiti üzərində bizə yaxınlaşsa da, bu, diqqət çəkən miqdarda deyil. Dolayısı ilə Ayın olduğundan böyük görünməsinə başqa açıqlamalar tapmaq lazımdır.

Ayın üfüqə yaxınkən daha böyük görünməsinə dair AÇIQLAMALAR

Burada önəmli olan nöqtələrdən biri Ayın əslində üfüqə yaxın ikən böyük olmamasıdır. Əgər bir ölçü aləti ilə lazımi ölçüləri götürsəniz, Ayın kosmosda hər hansı bir mövqedə ikən eyni ölçüdə olduğu, yəni üfüqə yaxınlaşanda böyümədiyi ortaya çıxar. Qısası, Ayın üfüqə yaxınkən böyük görünməsi tamamilə insanın aldığı təəssüratla bağlıdır.

1. Ebbinqhaus illüziyası ya da Titçener dairələri

Adını onu kəşf edən alman psixoloq Hermann Ebbinqhausun adından alan bu illüziya nəsnələrin ətraflarındakı cisimlərlə müqayisəsi zamanı bir böyüklük təəssüratı yaratması durumunu ifadə edir. Məsələn, bir çox yerdə də qarşınıza çıxa biləcək bu görüntüdə soldakı və sağdakı narıncı dairələr əslində eyni ölçüdədirlər. Ancaq soldakının ətrafında özündən daha böyük nəsnələr olduğu üçün onu beynimizdə kiçik bir dairə kimi etiketləyirik. Sağdakı isə ətrafındakılara nisbətən böyük olduğu üçün böyük dairə kimi etiketləyirik. Qarşılaşdırma edən zamansa soldakı sağdakına nisbətən yenə kiçik görünür.

Ay illüziyasında da buna bənzər bir durum yaşaya bilərik. Ay üfüqə yaxın olarkən görmə çərçivəmiz daxilində olan ağaclar, binalarla müqayisədə Ay daha böyük görünür.

Problem: əgər bu durum Ayı üfüqə yaxın ikən başqa nəsnələrlə müqayisə etməkdən qaynaqlanan bir illüziyadırsa, nəsnələri çərçivəmizdən götürərkən də həmin illüziya davam edir. Açıq dənizdəki dənizçilər və ya buludların üzərində uçan pilotlar da eyni illüziyanı yaşamaqdadırlar.

2. Ponzo illüziyası

Adını İtaliya psixoloqu Mario Ponzodan götürən bu illüziya insanın perpektiv təəssüratı ilə bağlıdır. Bir nəsnə bizdən uzaqlaşarkən perspektivdən ötrü daha kiçik görünəcək. Beynimiz də bu durumun fərqindədir və uzaqdakı kiçik bir nəsnənin səthində böyük bir şey olduğunu bizə söyləyir. Bu səbəbdən aşağıdakı görüntüdə uzaqdakı taxta yaxındakı ilə eyni ölçüdə olmasına rəğmən, daha böyük olması təəssüratını doğurur.

Ponzo illüziyası: çizgilər eyni boyda olmalarına rəğmən uzaqda olan perspektiv təəssüratımızdan dolayı daha böyük olduğunu düşünməyimizə səbəb olur.

Problem: əgər vəziyyət perpektivlə əlaqəli olsaydı, tamamilə kürəvi bir şəkildə olan planetlərin evində üfüqdən yüksələn Ay eyni şəkildə kiçildiyini də bizə göstərərdi. Ancaq gerçəklik bunun tam əksini deyir.

Fərqli bir baxış: əgər başınızı önə doğru əyib ayaqlarınızın arasından baxarsanız, Ay illüziyasının yox olduğunu görəcəksiniz. Bu, bir zarafat deyil.

3) Konvergent azaldılması

Xüsusilə, fotoqraflıqla bağlı bir anlayışdır. Uzaqdakı bir nəsnəyə fokuslanmaq müəyyən bir məsafədən sonra sabit qalır. Gözümüz bir cismi uzaqlığına fokuslayar. Məsələn, Ay bizdən təxminən, 400.000 kilometr uzaqdadır. Ancaq üfüqə yaxın olduğunda onu bizdən uzaq olan üfüqdəki nəsnələr ilə eyni fokus mərkəzinə qoyarıq. Məsələn, 200-300 metr uzaqdakı ağaclar Ay ilə eyni uzaqlıqda imiş kimi təəssürat bağışlayar. Ancaq göy üzünə qalxanda Ayın ətrafında fokuslana biləcəyimiz bir nəsnə olmur. Dolayısı ilə, göz fokuslanmamaq durumuna gələr ki, bu da bir neçə metrdir. Beləcə beynimizin Ayı olması lazım olduğundan daha yaxın görməyimizə səbəb olar. Bu da yaxından böyük olaraq gördüyümüz bir nəsnənin əslində kiçik olduğunu düşünməyimizə səbəb olar.

Üstdəki qövs göy üzünü təmsil edir. Ayın gerçək uzaqlığı bu nöqtələr üzərindədir. Ancaq o yuxarıya yüksəldikcə daha yaxın görməmiz uzaqlıq və ölçü münasibətlərindən ötrü onu daha kiçik hiss etməyimizə səbəb olur.

Problem: bu durum Ayın üfüqə yaxın ikən niyə daha böyük görünmək yerinə, göyün üzündə ikən niyə daha kiçik görünməyini açıqlayır.

Nəticə: yuxarıdakı kimi müxtəlif açıqlamalar edilsə də, bəzi şərh edilməyən durumlar və əksikliklər qaldığından bu mövzu elm adamları arasında hələ də müzakirə və mübahisə yaradır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm