Elm və təhsil
BDU və Jomard Publishing nəşriyyatının yeni jurnalı çapdan çıxdı
Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatının birgə təsis etdiyi “New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni sayı çapdan çıxıb.
Universitetin Mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, jurnal kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi jurnaldır. Jurnalın baş redaktoru akademik Abel Məhərrəmovdur.
Jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci sayında Armando J. L. Pombeiro, Hirotaka Ihara, N.V. Kozak, Hiroki Noguchi və s. kimi dünyada məhşur alimlərinin məqalələri çap olunub.
Jurnalın bu sayına materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil olub, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci sayına daxil edilən məqalələr də kifayət qədər tanınmış alimlərə aiddir. Jurnalın nəşri sistematik olaraq davam etdiriləcəkdir.
Jurnala daxil edilən məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO