Elm və təhsil
DİM 596 bal toplayıb, ali məktəbə qəbul olmayan abituriyentin YALANINI İFŞA ETDİ - FOTO - (YENİLƏNDİ)
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Publika.az-a açıqlamasında bildirib ki, İbrahim Əsgərlinin imtahan nəticəsi paylaşılan məlumatdan az olub:
“Həmin abituriyent topladığı balı “fotoşop” proqramı vasitəsilə dəyişərək, təhsil eksperti Kamran Əsədova göndərib. Əslində, onun topladığı bal daha azdır. Abituriyentin topladığı bal, seçdiyi ixtisaslara keçid balından az olduğu üçün ali məktəbə daxil ola bilməyib. Abituriyentin nəticələri ilə bağlı məxfilik qorunduğundan özünün razılığı olmadan nə qədər bal topladığını açıqlaya bilmərik”.
***
Bu il ali məktəbə qəbul imtahanında iştirak edən İbrahim Əsgəri adlı abituriyent 596 bal toplasa da, ali məktəbə qəbul olmayıb.
Publika.az xəbər verir ki, bu məlumatı təhsil eksperti Kamran Əsədov yayıb.
Onun sözlərinə görə, abituriyent birinci imtahanda 529, ikinci imtahanda isə 596 bal toplayıb.
Abituriyentin balı seçdiyi ixtisaslar arasında həm dövlət sifarişli, həm də ödənişli yerlərin keçid balına uyğun olsa da, heç birinə qəbul olmayıb.
Abituriyentin valideynləri bununla bağlı Dövlət İmtahan Mərkəzinə müraciət edəcəklərini bildirib.
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi