Elm və təhsil
DİQQƏT: Məktəblərdə YENİLİK - Bundan sonra...
Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib.
Onun sözlərinə görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.
V.Bağırov qeyd edib ki, yeni yanaşmalarda kiçik və böyük summativ qiymətləndirmələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur:
"Bu qiymətləndirməyə görə, şagirdin summativdə topladığı 0-30 bal "2", 30-60 bal "3", 60-80 bal "4", 80-100 bal "5" olacaq. Bu bal ən sonda bizim öyrəşdiyimiz 5 ballıq qiymət şkalasına da uyğunlaşdırılacaq ki, valideynlər toplanılan balın 5 ballıq qiymət şkalasında hansı qarşılıq verdiyini bilsinlər. Sinif jurnallarında isə bu qiymətlərin hər ikisi qeyd ediləcək". (trend)
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ