Elm və təhsil
Nazir: "Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır"
Azərbaycanda 6000-dən çox xarici tələbə təhsil alır.
Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" adlı "dəyirmi masa"da çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, təhsilə hər il qoyulan sərmayə sonralar ölkəyə hər il 10 faiz əlavə gəlir gətirir.
C.Bayramov əlavə edib ki, Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır: "Son illərdə insanların ali təhsil almaq imkanları daha da yaxşılaşır. Azərbaycanda çox yaxşı təhsil islahatları aparılır".
Nazir vurğulayıb ki, hazırda ölkəmizdə 6000-dən çox xarici tələbə təhsil alır.
Onun sözlərinə görə, beynəlxalq təqaüdlərin sayının artması Azərbaycanda təhsil alan xarici tələbələrin sayını daha da artıracaq.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. (trend)
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO