Elm və təhsil
Azərbaycanda tələbələr üçün yeni kredit sistemi yaradılır
Azərbaycanda tələbələrə kredit verilməsi ilə bağlı yeni sistem yaradılacaq.
Publika.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, bu sistem daha çox gələcəyə hesablanmış olacaq:
2015-ci ildə pilot layihə olaraq bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə “Maairfçi” Kredit Fondu yaradılmışdı. Bu Fond hələ də fəaliyyətini davam etdirir. Bu vaxta qədər Fond tərəfindən 220-dən çox kredit verilib. Lakin ölkədə ehtiyacı olan bütün tələbələrə kreditin yalnız ali təhsil müəssisələrinin daxili imkanları hesabına təmin etmək asan deyil. Bu təcrübədən istifadə edərək aidiyyəti nazirliklərlə birlikdə yeni sistemin yaradılması üçün hazırlıqlar görülür”.
Nazir bildirib ki, yeni kredit sistemi gələcəyə hədəflənməli, uzun illərə hesablanmalıdır.
“Tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır. Buna görə də tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Bu məsələyə böyük nikbinliklə baxırıq. İnanırıq ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək".
Gülxar
-
Magazin123:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin120:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO
-
İKT20:36
Əli Əhmədovun bacısı oğluna yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin220:24
Ögey anası ilə gizli eşqə qadağa... - FOTO
-
Sosial20:00
Əhalinin NƏZƏRİNƏ: sabah bu ərazilərdə QAZ OLMAYACAQ