Elm və təhsil
Nəsimiyə həsr edilmiş kitab mükafata layiq görüldü
"Teas Press" nəşriyyatı "Ən yaxşı nəşriyyat" mükafatı ilə təltif edilib.
Publika.az-ın məlumatına görə, VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına əsasən nəşriyyat sərgidə xüsusi stendi və fəaliyyəti ilə seçildiyi üçün bu mükafata layiq görülüb.
Şərəf Cəlillininin "Seyid İmadəddin Nəsimi: həqq idi, həqq söylədi, həqq dedi" kitabı isə "Ən yaxşı nəşr" mükafatına layiq görülüb.
Qeyd edək ki, sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.
Sərgi-yarmarkada nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanıblar.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu