Məktəblilərin yay tətili ləğv edilir? - RƏSMİ
Bizi izləyin

Elm və təhsil

Məktəblilərin yay tətili ləğv edilir? - RƏSMİ

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm