Elm və təhsil
Rezidenturaya ixtisas seçiminin vaxtı UZADILDI
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.
Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, ixtisas seçimi 25 sentyabr 23:59-da başa çatmalı olsa da, 26 sentyabr saat 10:00-a qədər uzadılıb.
Namizədlər müsabiqədə iştirak etmək üçün eservices.dim.gov.az/erizerez/ixtisas1 internet səhifəsinə daxil olaraq ixtisas seçimi etməlidirlər.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Qeyd edək ki, 26 sentyabr saat 02:00-a olan məlumata görə, bu saata qədər ixtisas seçimi etmiş namizədlərin sayı 456-dır. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsinə aiddir.
Müsabiqəyə yalnız "Namizədin elektron ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.
-
Region15:35
Erməni əsgərə hədiyyə olunan "Ah İstanbul, İstanbul" kitabı İrəvana OD QOYDU - FOTO
-
Rəsmi xronika15:07
Prezidentdən Azərbaycanla bağlı mühüm mesaj: Daha böyük coğrafiyada...
-
Sosial15:05
Yeni qanun: Azərbaycanda bu şəxslərə ilk dəfə işə girəndə 6 min manat veriləcək
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...