Gömrük Akademiyası BMT Akademik İmpakt təşəbbüsünə üzv seçildi
Bizi izləyin

Elm və təhsil

Gömrük Akademiyası BMT Akademik İmpakt təşəbbüsünə üzv seçildi

Dövlət Gömrük Komitəsinin Akademiyası Birləşmiş Millətlər Təşkilatının (BMT) Akademik İmpakt təşəbbüsünə üzv seçilib.

2010-cu ildə yaradılmış BMT Akademik İmpakt (UNAI) təşəbbüsü 147 ölkədən 1400 üzv qurumu birləşdirən, dünyada təhsil və tədqiqat sektorlarında çalışan 25 milyondan artıq insanı əhatə edən qlobal şəbəkədir.

Təşəbbüsün əsas məqsədi BMT Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokal, regional və qlobal miqyaslı ali təhsil, elmi araşdırmalar, tələbə fəaliyyətləri, müxtəlif tərəfdaşlıqlar və layihələr vasitəsilə dəstəklənməsidir. Bunun üçün UNAI müxtəlif sahələrdə fəaliyyətləri təşviq edir.

Akademiyanın UNAI üzvlüyü 4-cü DİM olan “təhsilin keyfiyyəti”nin yüksəldilməsidir. Akademiya xüsusən, Ali təhsildə potensialın gücləndirilməsi, hər kəs üçün təhsil və ali təhsilə çıxış imkanlarının genişləndirilməsi kimi sahələrdə fəaliyyətlərini UNAI üzvlüyü çərçivəsində daha da təkmilləşdirməyi düşünür.

UNAI üzvlüyünün əsas üstünlükləri geniş qlobal şəbəkəyə çıxış, müxtəlif tədbirlərə (o cümlədən, BMT ofislərində) dəvət, beynəlxalq elmi araşdırmaların dəstəklənməsi, UNAI hablarına qoşulmaq imkanı, təqaüdlər, beynəlxalq təcrübə proqramları, iş imkanları və digərləridir.

Gömrük Akademiyası UNAI-dan başqa həm də BMT Qlobal Sazişi (UNGC) və “Məsuliyyətli Menecment Təhsilinin Prinsipləri” (PRME) proqramına da üzvdür və hazırda hər üç BMT qlobal təşəbbüsünə üzv qəbul edilmiş yeganə Azərbaycan ali təhsil müəssisəsi və təlim qurumudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm