Elm və təhsil
Magistraturaya qəbul olanların qeydiyyat prosesi yekunlaşdı
Ali təhsilin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat prosesi yekunlaşıb.
Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, statistik göstəricilərə əsasən I tur üzrə 9 min 825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.
Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 min 135 yerin 92.83 faizi dolub. Bu son illər qeydə alınan ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4 faiz, 2019-cu ildə isə 78.1 faiz olub.
Qeyd edək ki, qeydiyyat prosesi ilk dəfə bu ildən etibarən elektron formada həyata keçirilib. Müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, ödənişli əsaslarla qəbul olanlar sosial güzəşt, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən olunmuş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha çevik və rahat faydalana bilirlər.
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO