Elm və təhsil
Hindistan Səfirliyində Müəllimlər Günü qeyd edildi - FOTO
Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün “Azadi Ka Amrit Mahotsav” adı altında keçirilən tədbirlər çərçivəsində Hindistan Səfirliyi Azərbaycanda çalışan hind əsilli müəllimlərin şərəfinə tədbir təşkil edib. Tədbirdə hind əsilli aparıcı müəllimlər, Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak ediblər.
Hindistanın Azərbaycandakı Səfirliyindən Publika.az-a verilən məlumata görə, tədbirdə Hindistanın Səfiri Bavitlunq Vanlalvavna müəllimlərin verdiyi töhfələrdən danışıb və onların cəmiyyətdəki mühüm rolunu qeyd edib. Müəllimlər isə Azərbaycanda işlədikləri vaxt ərzində qazandıqları zəngin təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Bu münasibətlə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün mövzularından biri olan “Vishwa Guru Bharat” (Dünya Müəllimi Hindistan) xüsusilə vurğulanıb.
Sentyabrın 5-i hər il Hindistanda Müəllimlər Günü olaraq Hindistanın birinci Vitse-prezidenti və ikinci Prezidenti, çox hörmətli müəllim, filosof və görkəmli dövlət xadimi Dr. Sarvepalli Radhakrişnanın şərəfinə qeyd olunur.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri