Elm və təhsil
Gələn il təhsilə nə qədər pul xərclənəcək? - VİDEO
“Son üç ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Bu dövr ərzində 275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb”.
Publika.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın beşində keçirilən parlamentin plenar iclasındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat vəsaitin ayrılacağı proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2% çoxdur:
“Strategiyada “Təhsil” bölməsinin doqquz fəaliyyət istiqaməti üzrə 17 tədbirin 2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya 32% çox vəsait nəzərdə tutulub. Bu tədbirlər təhsilin bütün istiqamətlərini əhatə edir. Bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir”.
Ə.Əsədov bildirib ki, hazırda IV Sənaye İnqilabı dövründə süni intellekt, yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır:
“Ölkədə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaq”.
Ətraflı "Baku" TV-nin süjetində:
-
Hadisə09:16
Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər öldü, 4-ü xəsarət aldı - FOTO / VİDEO (YENİLƏNDİ)
-
Yaxın Şərq09:12
HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın üzərindən görün hansı pasport çıxdı
-
Magazin108:24
Azərbaycanlı müğənni rəqsi ilə gündəm oldu - VİDEO
-
İdman04:44
"Uşağı itirmək, sonra onun oyuncaqlarına baxmaq ağrıdır" - Faciəni xatırladı
-
Magazin103:43
Oğlunun sürprizi Elçini kövrəltdi - VİDEO
-
İKT00:45
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google"da - FOTO
-
Hadisə00:30
Xəzərdəki ardıcıl zəlzələlər təhlükənin xəbərçisidir? - Qurban Yetirmişli açıqladı / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onlar sizə zərər verə və nüfuzunuzu korlaya bilərlər