HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın üzərindən görün hansı pasport çıxdı
Bizi izləyin

Yaxın Şərq

HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın üzərindən görün hansı pasport çıxdı

Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun öldürülən rəhbəri Yəhya Sinvarın şəxsi əşyalarına baxış zamanı BMT əməkdaşının pasportu aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

İsrailin hücumu zamanı Sinvarın Qəzza zolağındakı evlərdən birində olduğu məlum olub.

“Sinvarın şəxsi əşyaları arasında BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin əməkdaşının pasportu, “Mentos” konfeti və 40 000 şekel (təxminən 10 700 ABŞ dolları) aşkar edilib”, - deyə məlumatda bildirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm