Dünya
NATO generalı Bakıya gəldi: Moskva narahat oldu
NATO-nun Cənubi Qafqazdakı fəaliyyəti istər Azərbaycanda, istərsə də Ermənistanda olmasından asılı olmayaraq, dağıdıcı xarakter daşıyır.
Publika.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Beynəlxalq Hərbi Qərargahının baş direktoru general Yanuş Adamçakın Bakıya son səfərini belə şərh edib.
Səfər zamanı Qərb rəsmisi bəyan edib ki, NATO Azərbaycanla əməkdaşlığın yeni çərçivələrini nəzərdən keçirir, hərbi hazırlıq, əməliyyat uyğunluğu, sabitlik və müdafiə potensialının inkişafına xüsusi diqqət yetirir.
Zaxarovanın sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma teatrına çevirmək, ölkələr arasında toqquşmalara səbəb olmaq, sonra isə bundan faydalanmaqdır. Bu arada Moskvanın mövqeyi fərqlidir: regionda qərarları həmin region ölkələri verməlidir.
Bu kontekstdə Mariya Zaxarova qeyd edib ki, “3+3” formatında keçiriləcək danışıqlar Moskvanın mövqeyinin həyata keçirilməsinin mümkün olduğunu açıq şəkildə təsdiqləyir.
Tural
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO