Elm və təhsil
Universitetlər COP29 dövründə onlayn tədrisə hazırdır? - VİDEO
Ölkədə beynəlxalq səviyyəli COP29 tədbirinin keçirilməsinə sayılı günlər qalıb. Ali təhsil müəssisələrində tədris prosesi onlayn qaydada aparılacaq. Artıq bir sıra universitetlər hazırlıqlara başlayıb.
Publika.az xəbər verir ki, Memarlıq və İnşaat Universitetindən bildirilib ki, tədris ocağının pandemiya dövründən onlayn təhsillə bağlı təcrübəsi var. Həmin təcrübə COP29 zamanı da universitetlərə kömək olacaq və onlayn tədrisdə heç bir problem yaşanmayacaq.
Turizm və Menecment Universitetinin də öncədən təcrübəyə malik olduqları vurğulanıb. Bildirilib ki, bu təcrübə imkan verəcək ki, tədrisin 9 və 10-cu həftələrində dərslər onlayn qaydada təşkil edilsin.
Təhsil eksperti Kamran Əsədov da bildirib ki, ölkənin təhsil sistemi məsafədən təhsillə 2020-ci ilin pandemiya dövründən tanışdır. Ona görə də noyabr ayında onlayn təhsilin təşkilində heç bir problem yaşanmayacaq.
Təhsil eksperti onu da bildirib ki, hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır.
Ətraflı süjetdə:
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)

























