Elm və təhsil
Məktəblərdə şagird sayının azalmasının doğurduğu FƏSADLAR - Çarə nədir?
Deputat Ceyhun Məmmədov Milli Məclisin plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı əksər ərazilərdə ciddi şagird sıxlığının olduğunu bildirib. “Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə o əlavə edib.
Bu zaman belə bir sual ortaya çıxır: Məktəblərin sayı azaldılmalı, yoxsa çoxaldılmalıdır?
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu məsələ hələ müzakirə mövzusudur:
“Düşünmürəm ki, bu qədər təhsil müəssisəsi bağlansın. Bəzi ərazilərdə yerləşən məktəblərdə 30-100 şagird təhsil alır. Əsas məsələ məktəblərin bağlanılması olmalı deyil. Təhsilalanların vahid bir mərkəzdə təhsil almasını təmin etmək lazımdır. Hər hansı bir rayonda az şagirdin oxuduğu 4-5 kənd məktəbi varsa, bu zaman kənd məktəblərinin birində vahid sistem yaratmaq lazımdır. Bununla yanaşı, nəqliyyat infrastrukturunu yaxşılaşdırmaq və servis xidmətini təşkil etmək şərtdir. Yox, əgər bu, mümkün deyilsə alternativ olaraq dərslər distant formada keçirilməlidir”.

Ekspert hesab edir ki, məktəbləri bağlamaq həll yolu deyil:
“Bu zaman xərcləri azaltsaq da vətəndaşı incitmiş olacağıq. Nəzər salsaq görürərik ki, bölgələrdə əhali getdikcə azalır. Bununla paralel olaraq ailələrdə doğum nisbəti aşağı düşür. Əvvəllər bir ailə minimum ikiuşaqlı olurdusa, indi maksimum ikiuşaqlıdır. Təbii artımın az olması hər il məktəbə gedən uşaqların sayına da təsir edir. Son illər ərzində birinci sinfə gedən uşaqların sayında təxminən 30 minə yaxın azalma müşahidə edirik. Bu tendensiya davam edərsə, artıq məktəbə qədəm qoyanların sayında azalma daha çox müşahidə olunacaq. Belə olduğu halda müəyyən ərazilərdə şagirdlərin sıxlığı azaldığı üçün bəzi qərarlar alınmalı olacaq. Optimallaşmanı ya müəyyən ərazilərdə distant təhsilə keçmək, ya da vahid sistem yaratmaqla etmək olar”.
Aysel Şahmar
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq
-
MDB12:40Putin-Zelenski görüşünə doğru: Kiyev Ankaradan xahiş edib ki...
-
İqtisadi gündəm12:20Azərbaycanın dövlət borcu açıqlandı
-
Sosial11:16Pərvin Quliyevaya yüksək vəzifə verildi










.jpg)

.jpg)


























