Elm və təhsil
Nizaməddin Şəmsizadə KOMAYA DÜŞDÜ
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib. O, hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.
Məlumatı professorun qızı Ayfər Feyziyeva Publika.az-a təsdiqləyib.
O bildirib ki, yanvarın 16-da Nizaməddin Şəmsizadənin səhhəti qəfil pisləşib:
"Hazırda atam "Baku Medical Plaza"nın reanimasiya şöbəsindədir. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər ona Sepsis diaqnozu qoyublar. Atam həmçinin dializ və şəkər xəstəsidir. Bu da onun vəziyyətini daha da ağırlaşdırıb. Həkimlər əlindən gələni edirlər".
Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü il dekabrın 30-da Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
N.Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun "Seçilmiş əsərləri" 3 cilddə işıq üzü görüb. Professor Nizaməddin Şəmsizadə milli ideologiyamız - azərbaycançılıq nəzəriyyəsi haqqında ilk kitabın və bu gün ölkənin ali məktəblərində tədris olunan "Ədəbiyyat nəzəriyyəsi" adlı fundamental dərsliyin müəllifidir. O, elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının laureatıdır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə isə ölkə başçısının müvafiq Sərəncamına əsasən, Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
-
Qoroskop01:20Günün ulduz falı: Qarşınıza yeni fürsətlər çıxacaq
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi







.jpg)




.jpg)


.jpg)

.jpg)

















.jpg)

