Elm və təhsil
Azərbaycanda bu universitet üçün yeni tədris binasının inşasına başlanılır
Lənkəran Dövlət Universiteti (LDU) üçün yeni tədris binasının inşasına başlanılır.
Publika.az xəbər verir ki, yeni bina Füzuli küçəsi, 170 A ünvanında yerləşən tədris binasının həyətində inşa olunacaq.
Məlumata görə, inşası planlaşdırılan tədris binası 4 mərtəbəli olacaq. Artıq universitetdə yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri ilə bağlı müvafiq işlər yekunlaşdırılıb.
Universitet sözügedən işlərin icrasını "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, yeni tədris binasının layihə-smeta sənədlərinin hazırlanması işləri üçün MMC-yə 23 128 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu "NOKA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Tahirova Günel Yaşar qızıdır.
Xatırladaq ki, bir müddət əvvəl Lənkəran Dövlət Universiteti (LDU) üçün 1,9 milyon manat dəyərində yeni baytarlıq klinikasının tikintisi işlərinə başlanılıb.
(Trend)
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
















.png)




















