Elm və təhsil
Azərbaycanlı alim vəfat etdi - Foto
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Rüfət Mir-Qasımov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub. O, Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələri alıb, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilib.
R. Mir-Qasımov AEA Fizika İnstitutunda (1963-1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur. Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir. Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit – fundamental uzunluğu da daxil etmişdir. Bu nəzəriyyə çərçivəsində yüksək enerjilərdə yeni fiziki hadisələrin mövcudluğu proqnozlaşdırılıb.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəza konsepsiyası əsasında iki cismin relyativist probleminə yanaşma üsulunu verib və Şredinger kvant mexanikasını inkişaf etdirib. Lorens qrupunda Kazimir operatorunu relyativistik hissəciklər arasında məsafə kimi interpretasiya etmiş və bunu kvant mexanikası məsələlərinin həllinə tətbiq edib. Bu interpretasiya və Furye ayrılmalarından istifadə etməklə fəzanın relyativistik konfiqurasiyasını qurmuş və bununla da dalğa tənliklərinin həllində differensial hesablamalarla yanaşı, sonlu fərqlər üsulunun tətbiqinin də səmərəliliyinin artırılmasına nail olub. Bu yanaşma proton modelinin, kvark modellərinin, yüksək enerjilərdə adronların yayılması, relyativistik nüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqini tapıb.
Alim həmçinin kvant sahə nəzəriyyəsinin hamilton təsvirindən istifadə etməklə işıq konusunda dinamikanın təsviri üçün səmərəli üsul işləmiş və tətbiq etdib. Kvant sahə nəzəriyyəsində kvazipotensial yanaşma əsasında relyativistik kvant mexanikasının sonlu-fərq variantını inkişaf etdirmişdir. Relyativistik kvant mexanikası çərçivəsində səpilmə nəzəriyyəsi və kvant mexanikasında istifadə olunan yaxınlaşmaların analoqlarını qurub, sonlu-fərq tənliklərinin xassələrinə əsaslanaraq, kvarkların konfaynment (tutulub saxlanma) mexanizmini təklif edib.
Kvant fəzası konsepsiyasını inkişaf etdirib, Şredinqer tənliyinin bir sıra dəqiq həllərini tapıb.
Rüfət Mir-Qasımov 150-dən çox elmi əsərin müəllifi idi.
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq







.jpg)




.jpg)

.jpg)



.jpg)
















.jpg)

