Elm və təhsil
Daha 102 nəfərin diplomu tanınmadı
Yanvar ayı üzrə 402 müraciətçinin 300-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 78, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, təhsil forması səbəbilə 4, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 2, ekvivalenti olmayan ixtisas səbəbilə 2, tədris yükü səbəbilə 2, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1, bakalavr diplomu üzrə imtina verilmə səbəbilə 1, dövlət nümunəli olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
"Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 146, Rusiya Federasiyasından 102, Ukraynadan 51, Birləşmiş Krallıqdan 23, Gürcüstandan 17, Polşa Respublikasından 10, Macarıstandan 9, İtaliya Respublikasından 8, Belarus Respublikasından 6, Almaniya Federativ Respublikasından 5, Amerika Birləşmiş Ştatlarından 4, İsveç Krallığından 2, Niderland Krallığından 2, Qazaxıstan Respublikasından 2, Avstraliya İttifaqından 1, Belçika Krallığından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, İndoneziya Respublikasından 1, İran İslam Respublikasından 1, İsveçrə Konfederasiyasından 1, Koreya Respublikasından 1, Latviya Respublikasından 1, Litva Respublikasından 1, Misir Ərəb Respublikasından 1, Özbəkistan Respublikasından 1, Pakistan İslam Respublikasından 1, Qırğız Respublikasından 1, Türkmənistandan 1 müraciətin olduğu müşahidə olunur"- məlumatda qeyd olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, biznesin idarə edilməsi üzrə 38, iqtisadiyyat üzrə 27, maliyyə üzrə 26, menecment üzrə 26, hüquqşünaslıq üzrə 20 müraciət qeydə alınıb.
-
Hadisə00:27Kiyevə dron hücumunda Azərbaycan vətəndaşı həlak oldu: yaralılar var - Yeniləndi
-
Magazin227 Sentyabr 20:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region27 Sentyabr 20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman27 Sentyabr 19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az27 Sentyabr 18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB27 Sentyabr 17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq27 Sentyabr 17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 27 Sentyabr 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq







.jpg)




.jpg)

.jpg)



.jpg)
















.jpg)

