Elm və təhsil
"Kalkulyator Adam" bir gündə altı dünya rekordu qırdı
"İnsan kalkulyatoru" ləqəbli hindli məktəbli bir gündə altı dünya rekordu vurub.
Publika.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Hindistanın Maharaştra əyalətindən olan 14 yaşlı Aaryan Şukla inanılmaz mental arifmetik bacarıqlarını sübut edərək bir gündə altı dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Artıq "insan hesablayıcısı" kimi tanınan oğlan əvvəlki nailiyyətlərini təkmilləşdirərək dünyanın ən istedadlı riyaziyyatçılarından biri statusunu qazanıb.
Onun yeni nailiyyətləri bunlardır: 100 dördrəqəmli ədədi 30,9 saniyəyə toplamaq, 200 dörd rəqəmli ədədi 1 dəqiqə 9,68 saniyəyə toplamaq, 50 beşrəqəmli ədədi 18,71 saniyəyə toplamaq, 20 rəqəmli ədədi 5 dəqiqədə 10 rəqəmli ədədə bölmək və s.
Aaryan ilk dəfə "Ginnesin Rekordlar Kitabı"na bir il əvvəl düşüb. O vaxtdan bəri o, hər gün 5-6 saatını riyaziyyata ayıraraq bacarıqlarını təkmilləşdirməyə davam edir. Uşağın atası etiraf edib ki, ailə oğlunun bu cür bacarığı haradan aldığını izah edə bilmir.
“Biz adi bir ailəyik. Aaryan milyardda birdir, lakin biz özümüzü riyaziyyat dahiləri ailəsi hesab etmirik”, - deyə kişi bildirib.
Adəm
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















