Elm və təhsil
Rektorun istefa verməsinin səbəbi bilindi - Universitetdən AÇIQLAMA - YENİLƏNDİ
“İradə Xəlilova universitetdən ayrılmayıb. Hazırda Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir”.
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Xəzər Universitetinin İctimayətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli deyib.
O bildirib ki, İradə Xəlilova 5 il universitetin rektoru vəzifəsini icra edib:
“İradə xanımın universitetdən ayrıldığı şayiəsini kim yayıb, bilmirik. O, 2016-cı ildən Xəzər Universitetində fəaliyyət göstərən mərkəzin direktoru idi. 2019-cu ilin fevral ayında universitetin rektoru vəzifəsinə təyin edildi. Həm rektor vəzifəsini, həm də mərkəzin direktor vəzifəsini icra edirdi. Bu il yanvar ayında öz ərizəsi ilə rektor vəzifəsindən imtina etdi. Bildirdi ki, o, tədqiqat mərkəzinin direktoru kimi fəaliyyətimi davam etdirmək istəyir".
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələdə İradə Xəlilovanın Xəzər Universitetinin rektoru vəzifəsindən istefa verməsi barədə məlumatlar yayılıb. Yaxın günlərdə universitetin yeni rektoru ilə bağlı ictimaiyyətə məlumatlar veriləcəyi qeyd olunub.
***
Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.
Publika.az Trend-ə istinadən xəbər verir ki, universitet İradə Xəlilovanın rektor vəzifəsindən ayrıldığını təsdiqləyib.
Qeyd edilib ki, o, hazırda tədqiqat mərkəzinin rəhbəri kimi fəaliyyətini davam etdirir.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















