Elm və təhsil
Azercell-in dəstəklədiyi milli komandamız ölkəmizə 9 medal qazandırıb
Azərbaycanın milli komandası 2024-cü ildə İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda yüksək nəticələr nümayiş etdirərək ölkəmizə 9 medal qazandırıb. Şagirdlər nüfuzlu müsabiqələrdə 1 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər.
Məktəblilərimiz informatika fənni üzrə yarışlara Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Azercell-in 2017-ci ildən etibarən təşkil etdiyi xüsusi təlimlərdə hazırlaşırlar. Eyni zamanda, gənc qızların bu sahəyə marağını artırmaq üçün son üç ildə qızlardan ibarət milli komandamızın da Avropa Qızlar İnformatika Olimpiadasına hazırlığı təşkil edilir. Qeyd edək ki, ötən il Niderlandda baş tutan bu yarışda qızlarımız 2 medal qazanmağa müvəffəq olublar.
Bundan əlavə, tərəfdaşlar yeni nəsil İT/İKT mütəxəssislərinin yetişdirilməsi üçün intensiv təlim düşərgələri də təşkil edib. Təlimlərə Bakı ilə yanaşı respublikanın müxtəlif bölgələrindən fərqli yaş qrupundan şagirdlər qatılıblar. İştirakçılar beynəlxalq olimpiada formatında təşkil olunan bu sessiyalarda alqoritmik məsələləri həll edib, yeni trendlərə dair müzakirələr aparıb və nəzəri biliklərin praktiki tətbiqinə yönəlmiş tapşırıqlar yerinə yetiriblər.
Məktəblilərimiz ötən il Beynəlxalq Jautikov Olimpiadası (Qazaxıstan), Info(1)Cup proqramlaşdırma müsabiqəsi (Rumıniya), İnformatika fənni üzrə beynəlxalq payız turniri (Bolqarıstan), Mərkəzi Avropa İnformatika Olimpiadası (Çexiya), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (Moldova), Beynəlxalq İnformatika Olimpiadası (Misir), Beynəlxalq Süni Intellekt Olimpiadası (Səudiyyə Ərəbistanı) kimi nüfuzlu yarışlarda iştirak ediblər.
Qeyd edək ki, müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandası indiyədək ümumilikdə 84 medal qazanıb.
“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
Region20:18Müharibə Qiyamət gününədək davam etsə belə... - Əraqçidən sərt mesaj
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO







.jpg)




.jpg)



.jpg)



















.jpg)

