Elm və təhsil
Komissiya toplandı - Azərbaycanda ali təhsillə bağlı yeni proqramlar hazırlanır
Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Elm və təhsil nazirinin müavini, komissiyanın sədri İdris İsayevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarının nümayəndələri iştirak ediblər.
Elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarının tələblərinin yeniləndiyini və kadr hazırlığının da bu çağırışlara uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb. Ötən il Nazirlər Kabineti tərəfindən ali təhsilin bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələri üzrə ixtisasların yeni təsnifatının təsdiq edildiyini xatırladan İdris İsayev qeyd edib ki, təsnifatda aparılan dəyişikliklər müvafiq olaraq yeni təhsil proqramlarının hazırlanmasını tələb edir. O bildirib ki, proqramlar işəgötürənlərin tələblərinə uyğun olmalıdır. Bu səbəbdən işəgötürənlər də bu prosesdə aktiv iştirak etməlidirlər.
Qeyd edək ki, komissiyanın tərkibində Təhsil ixtisasları qrupu, Humanitar və sosial ixtisaslar qrupu, Mədəniyyət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, Təbiət ixtisasları qrupu, Texniki və texnoloji və Xüsusi təyinatlı ixtisaslar qrupları, Kənd təsərrüfatı ixtisasları qrupu, İdman və xidmət ixtisasları qrupu, Əsas (baza ali) tibb təhsili səviyyəsi və səhiyyə ixtisasları qrupu olmaqla 9 İşçi qrupu yaradılıb, İşçi qruplarına rəhbərlik ali təhsil müəssisəsinin rəhbəri və əmək bazarından nümayəndə olmaqla həmsədrlik mexanizmi əsasında təşkil edilib.
İclas zamanı nazir müavini İdris İsayev hər bir İşçi qrupun üzərinə düşən öhdəlikləri diqqətə çatdırıb. Daha sonra təqdimatla çıxış edən nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman təhsil proqramları ilə bağlı cari vəziyyət və qeydə alınan problemlər barədə məlumat verib. Turxan Süleyman bildirib ki, yeni təhsil proqramlarının tərtib edilməsi ilə məzunların bilik və bacarıqlarının müasir əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi gözlənilir.
İclasda bildirilib ki, həm ali təhsil müəssisələri, həm də əmək bazarının nümayəndələrinin təmsil olunduğu İşçi qrupları ilkin olaraq magistratura səviyyəsində ixtisaslar üzrə ixtisaslaşmalarıın yekun siyahısını hazırlayıb nazirliyə təqdim etməli, hər bir ixtisas (ixtisaslaşma) üzrə müvafiq çərçivə sənədinə uyğun təhsil proqramlarının hazırlanmasını təmin etməlidirlər.
-
Magazin220:32Kozinoğlu işi üzrə saxlanılan həkim evində ölü tapıldı
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım







.jpg)






.jpg)




















.jpg)

