Elm və təhsil
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.
Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:
“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.
“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan "məqbul" alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.
Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan


























.jpg)









