Elm və təhsil
“400 manat maaşla elm olar?” - Təhsil eksperti
Məlum olduğu kimi bu gün, martın 27-si Azərbaycanda Elm Günüdür. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. Bu əlamətdar gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir. Bəs Azərbaycan elmi bu gün hansı vəziyyətdədir?
Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycan elminin inkişafı ciddi şəkildə dayanıqsızdır və sistemli problemlərlə qarşı-qarşıyadır:
"2023-cü ildə Scimago Institutions Rankings məlumatlarına əsasən Azərbaycan elmi dünya reytinqində 113-cü yerdə qərarlaşıb. Bu göstərici ilə biz hətta Gürcüstan kimi əhalisi və resursları bizdən az olan ölkədən belə geri qalırıq. Elm və Ali Təhsil üzrə Qlobal İnnovasiya İndeksində də Azərbaycanın mövqeyi zəifdir — 2023-cü ildə 138 ölkə arasında 92-ci yer. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin beynəlxalq elmi məkanla inteqrasiyasında ciddi boşluqlar var.
Halbuki elmi inkişaf təkcə universitetlərdə və laboratoriyalarda baş vermir. O həm də ölkənin beynəlxalq rəqabət gücünü, innovativ potensialını, iqtisadi müstəqilliyini formalaşdırır. Elmə sərmayə qoymayan ölkə gələcəyə sərmayə qoymur.
Azərbaycanda elmi tədqiqatların maliyyələşdirilməsində əsas yük hələ də dövlət büdcəsinin üzərindədir. 2024-cü ilin dövlət büdcəsində elmi tədqiqatlara ayrılan vəsait 95 milyon manat təşkil edib. Bu ümumi büdcənin cəmi 0.5%-i deməkdir. Müqayisə üçün: Avropa İttifaqı ölkələri elmə orta hesabla 2-3% arası vəsait ayırırlar. İsrail bu rəqəmi 4.9%-ə, Cənubi Koreya isə 4.6%-ə çatdırıb. Yəni inkişaf etmiş ölkələr elmi strateji sahə kimi görür biz isə hələ də onu simvolik səviyyədə dəstəkləyirik".
Ekspert qeyd edir ki, digər böyük problem elmi kadrların sosial rifahıdır. Belə ki, elmi-tədqiqat institutlarında çalışan alimlərin orta aylıq maaşı 400-600 manat arasında dəyişir:
"Bu maaşla nə elmi fəaliyyət mümkündür, nə də normal yaşayış. Gənclərin elmə maraq göstərməməsinin əsas səbəblərindən biri də budur. Onlar elmə yox daha gəlirli sahələrə yönəlirlər.
Azərbaycanda fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olanların sayı son illər artsa da bu artım daha çox formaldır. Keyfiyyətli tədqiqat işi aparan alimlərin sayı çox azdır. Bunun bir səbəbi də elmdə hökm sürən məmurlaşma və qapalı struktur sistemidir. Gənc alimlərə meydan verilmir, təşəbbüslər dəstəklənmir, elmi layihələr isə çox zaman ya formal şəkildə bölüşdürülür ya da inzibati əngəllərlə qarşılaşır.
Elmi mühitdə məmur düşüncəsi hökm sürdükcə orada yaradıcı tədqiqat ruhu ola bilməz. Elm təşəbbüs, cəsarət, risk və yenilik tələb edir. Bu dəyərləri boğan bir sistem sadəcə “mövcudluq” səviyyəsində qalacaq.
Hökumət son illərdə müəyyən addımlar atıb: “Elm haqqında qanun” qəbul edilib, elmi fəaliyyətlərin maliyyələşdirilməsi üçün yeni fondlar yaradılıb. Lakin bu addımlar hələ ki, nəticə verməyib. Əgər bu siyasət real islahatla müşayiət olunmazsa sadəcə qanun və fond yaratmaqla elmi inkişaf etdirmək mümkün olmayacaq.
Əsl elmi yüksəliş üçün elmi tədqiqatların maliyyəsi artırılmalıdır, alimlərin maaşı əhəmiyyətli dərəcədə yüksəldilməlidir, gənclərin elmə gəlməsi üçün xüsusi stimullaşdırıcı proqramlar həyata keçirilməlidir. Və ən əsası — elm məmur əlindən xilas edilməlidir.
Bu gün elm adamları üçün təbrik yox dəyişiklik lazımdır. Elm cəmiyyətin beynidir. Əgər o inkişaf etmirsə, deməli cəmiyyət gələcəyə kor baxır".
-
ABŞ04:30İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
-
Nida Təhlil 31 Avqust 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika31 Avqust 19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm31 Avqust 17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region31 Avqust 16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq31 Avqust 14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi















.jpg)

.jpg)








.jpg)

.jpg)









