Elm və təhsil
Tarixdə ilk: "Əjdahalar heyəti" görün hara uçdu
"SpaceX" "Crew Dragon" kosmik gəmisini kosmosa göndərib. Bununla da tarixdə ilk dəfə mülki ekipaj Yerin qütb orbitinə uçub.
Publika.az xəbər verir ki, uçuş "SpaceX"in "X" sosial media səhifəsində canlı yayımlanıb.
"Fram2"nin heyəti dörd səyahətçidən ibarətdir. Çin əsilli maltalı iş adamı Çun Van, alman Arktika robot mühəndisi Rabeya Patrisia Roqqe, avstraliyalı qütb tədqiqatçısı Erik Filips və norveçli kinorejissor Yannike Mikkelsen.
Missiyanın maddi cəhətdən neçəyə başa gəlməsi açıqlanmır.
Qeyd edək ki, bazar ertəsi Şərq Sahili vaxtı ilə saat 21:46-da (Bakı vaxtı ilə 05:46) "Crew Dragon" kosmik gəmisini daşıyan raket Kennedi Kosmik Mərkəzindəki "Launch Pad 39A"dan havaya qalxıb. Yaxın üç-beş gün ərzində kosmik gəmi Beynəlxalq Kosmik Stansiya ilə birləşmədən planetimizin səthindən 425-450 kilometr yüksəklikdə orbitə çıxacaq.
Missiyanın 22 unikal elmi tədqiqat aparması planlaşdırılır. Onlar qütb buzlaqlarının vəziyyəti və iqlim dəyişikliyinin dinamikası haqqında məlumatların toplanmasından tutmuş kosmosun insan fiziologiyasına təsirinin ətraflı öyrənilməsinə, o cümlədən ekipaj üzvlərinin rentgen tədqiqatlarının aparılmasına qədər geniş mövzuları əhatə edir. Bundan əlavə, alimlər Yerin ən ucqar və sərt guşələrində mövcud olan ekstremal şəraiti öyrənmək niyyətindədirlər.
Adəm
-
ABŞ04:30İrana nüvə zərbəsi endirilə bilər? - Trampdan cavab
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
-
Nida Təhlil 31 Avqust 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika31 Avqust 19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm31 Avqust 17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region31 Avqust 16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq31 Avqust 14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi













.jpg)

.jpg)








.jpg)


.jpg)
.jpg)








