Elm və təhsil
İş adamı saxta diplomu Misir Mərdanovdan alıb? - Sabiq nazir ƏSƏBİLƏŞDİ
Son günlər ölkə gündəmini zəbt edən iş adamı İsfəndiyar Axundov (“Şərurlu İsfəndiyar”) daha bir cinayət əməlinə yol verdiyini efirdən etiraf edib. Açıqlaması ilə özünü və ailəsini ifşa edən “Şərurlu İsfəndiyar” övladlarına saxta yolla, rüşvətlə diplom aldığını deyib.
Publika.az xəbər verir ki, onun dediyi sözlər müzakirələrə yol açıb. Bu, çox ciddi qanun pozuntusu, cinayətdir. Belə çıxır, övladlarının ali təhsilini təsdiq edən sənəd (diplom) saxtadır. Bu diplomla işə düzəliblərsə, təcili araşdırılıb, işdən uzaqlaşdırılmalıdırlar. Bunu qanun tələb edir. Üstəlik, hüquqi araşdırma aparılmaldıır.
Ortaya maraqlı sual çıxır: İsfəndiyar Axundov bu diplomları neçənci ildə satın alıb? Həmin dövrdə nazir kim olub?
"Globalinfo" bu sualla sabiq təhsil naziri Misir Mərdanova müraciət edib.
Misir Mərdanov İsfəndiyar Axundovun dediklərinin həqiqətə uyğun olmadığını bildirib:
“Əvvəla, onu qeyd edim ki, Azərbaycanda heç vaxt diplom satılmayıb. İnsanlarda yanlış fikir formalaşdırırlar. Necə yəni diplomu alıb?! Bəli, ola bilər, onun övladı universitetə hansısa yolla qəbul olub, amma dərsə getməyib və ya az gedib. Lakin dərsə gəlmədiyi halda saxta qiymətlər yazılması mümkündür. Qiymətləri yazıldığı üçün də onlara diplom verirlər. Bu, o demək deyil ki, nazir kiməsə diplom satıb. Adam çıxıb ağzına gələni danışır, saytlar da bunu tirajlayır. Belə şey yoxdur, heç vaxt da olmayıb. Nə məndən öncə, nə mənim zamanımda, nə də məndən sonra”.
Sabiq nazirin sözlərinə görə, kiminsə saxta yolla diplom almasında nazirin məsuliyyəti yoxdur:
“Hər bir universitetin rektoru nazirliyə məlumat göndərir ki, bu il təhsilini filan sayda tələbə bitirir. Rektorun da verdiyi saya uyğun universitetə boş diplom blankı verilir. Onu da müəllimlər doldurub, imtahandan qiymət alanlara verirlər. Nazir necə kiməsə diplom sata bilər?!”
Misir Mərdanov İsfəndiyar Axundovu insanları aldatmaqda günahlandırıb:
“Şərurlu İsfəndiyar camaatla bir növ oynayır. Vətəndaşların başına oyun açan birindən nə gözləyəsən? İsfəndiyar Axundov bir evi beş adama satan biridir. Elə bilir ki, bu özü bir evi beş adama satdığı kimi, diplom da satılır”.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı


























.jpg)









