Elm və təhsil
Laçında keçmiş məktəb direktoruna qarşı DƏLƏDUZLUQ
Laçın rayon 1 saylı Uşaq musiqi məktəbinin keçmiş direktoru Gülsüm Məhərrəmova dələduzluq cinayətinin qurbanı olub.
Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Gülsüm Məhərrəmova 2022-ci ildə sözügedən məktəbdəki vəzifəsindən öz ərizəsi ilə çıxdıqdan sonra Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinə müdir təyin olunmaq istəyib.
Həyat yoldaşının tanışlarından biri ona Yaqut adlı bir uzaq qohumunun Elm və Təhsil Nazirliyində çalışdığını və bu məsələdə kömək göstərə biləcəyini deyib. Gülsüm Məhərrəmova həyat yoldaşı ilə birlikdə Yaqut adlı həmin şəxslə görüşüb. O, 33 000 manat müqabilində bu məsələnin həll olunacağını bildirib. Razılaşmadan sonra göstərilən məbləğ Yaqut adlı xanıma təqdim edilib.
Daha sonra məlum olub ki, Yaqut bu məsələ ilə bağlı Sabrina adlı başqa bir şəxslə əlaqə saxlayıb və işi onun vasitəsilə həll edəcəyini bildirib. Sabrina bağçaya təyinat üçün Yaqutdan 25 000 manat tələb edib. Yaqut ona 19 000 manat verib və qalan məbləğin isə iş həll olunduqdan sonra ödəniləcəyini deyib. Verilən vəd yerinə yetirilmədiyindən Gülsüm Məhərrəmova hüquq-mühafizə orqanlarına müraciət etməyə məcbur olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılıb.
Hər iki şəxs - Sabrina və Yaqut verilən ittihamlar üzrə təqsirli biliniblər. Məhkəmənin hökmü ilə Yaquta 2 il 2 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə, Sabrinaya isə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi







.jpg)



























.jpg)

