Elm və təhsil
Yeni rektor kollektivə təqdim edildi
Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Nazim oğlu Eminov universitetin kollektivinə təqdim edilib.
Publika.az xəbər verir ki, rektoru kollektivə təqdim edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə danışıb.
İdris İsayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bu gün elmi nailiyyətlər əsasında yaranan innovasiyalardan istifadə etmək vacib bir məsələdir və ölkənin təhsil sisteminin başlıca vəzifələrindən biri də insan kapitalının inkişafına nail olmaqdır.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində uğurlu islahatlar həyata keçirildiyini diqqətə çatdıran İdris İsayev bu istiqamətdə qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı universitet kollektivinə müvafiq tövsiyələrini verib.
Mingəçevir Dövlət Universitetinin yeni rektoru Anar Eminov ölkə Prezidenti İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib. Eyni zamanda, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə təşəkkür edib.
Sonda Nazir müavini İdris İsayev öz növbəsində əldə edilən məlumatlar əsasında Mingəçevirin təhsil nailiyyətlərindən danışıb və bildirib ki, əsas məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. İdris İsayev bir daha yeni rektora Anar Eminova gələcək fəaliyyətində uğurlar arzulayıb.
-
İdman19:03Millətlər Liqası: Azərbaycan millisi Litva ilə heç-heçə etdi - Yeniləndi
-
Ekopublika.az18:36Azərbaycana milyardlarla dollar gələcək - Ekspert detalları açıqladı
-
MDB17:39Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi







.jpg)



























.jpg)

