Elm və təhsil
Qara görə sabahkı imtahanda iştirak edə bilməyəcəklər
Qubanın Xınalıq, Söhüb və Xaltan istiqamətində yerləşən 12 ümumtəhsil məktəbinin 62 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 20-də keçiriləcək ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edə bilməyəcək.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb Quba rayonuna güclü qar yağması ilə əlaqədar hazırda həmin istiqamətlərdəki yaşayış məntəqələrinə gedən yolların bağlı olmasıdır.
Quba-Xaçmaz Regional təhsil idarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov bildirib ki, yaranmış vəziyyətlə əlaqədar müvafiq dövlət qurumlarına müraciət olunub. Sabah imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcək şagirdlərin may ayında keçiriləcək analoji imtahanda iştirakı təmin ediləcək.
P.Nurmməmədov bildirib ki, sabaha kimi hər hansı istiqamətdə yol açılacağı təqdirdə şagirdlərin imtahanda iştirakı təmin olunacaq.
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




























.jpg)









