Elm və təhsil
Qəbul imtahlarına hazırlaşan abituriyentlərə ŞAD XƏBƏR
Bu il buraxılış imtahanından 43 nəfər maksimal bal toplayıb. 2024-cü ildə isə bu say 53 idi. Keçən illə müqayisədə azalma müşahidə olunur.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a təhsil eksperti Ramin Nurəliyev buraxılış imtahanının nəticələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, maskimum bal toplayanlarının sayının azalması riyaziyyat fənnindən olan suallarla əlaqəlidir:
"Buna səbəb riyaziyyat fənnindən olan sualların bir neçəsinin çətin olmasıdır. Bu da ümumi imtahanın nəticəsinə də təsir etdi. Məncə, ümumi imtahandakı çətinlik səviyyəsi ötənilki buraxılış imtahanı ilə eyni vəziyyətdədir. Bu isə imtahanın ikinci mərhələsi hesab edilən blok imtahanlarının siqnallarını verir.
Hesab edirəm ki, DİM blok imtahanını keçən ilə nisbətən çətin salmayacaq. Çünki keçən il ali təhsil müəssisələrində dövlət sifarişli yer 58 min idi. Ancaq bu il sayın 5-6 minə qədər artması ehtimalı var. Əgər dövlət sifarişli yer 62-63 min olacaqsa, müsabiqə şərtlərini ödəyən şəxslərin sayı da 70 min olmalıdır. Ona görə də blok imtahanlarının çətin olacağı qənaətində deyiləm".
Ekspert əlavə olaraq bildirib ki, 700 bal toplayanların sayı blok imtahanlarından asılı olacaq:
"Bu il 120 min abituriyent buraxılış imtahanına ilkin qeydiyyatdan keçib. Ancaq burada əsas məsələ blok imtahanı üçün qeydiyyat və iştirakdır. Bunu mayın 1-dən, blok imatahanlarına qeydiyyat yekunlaşdıqdan sonra biləcəyik".
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir




























.jpg)









