Elm və təhsil
Ankarada “Əkinçi” intellektual yarışı keçirildi - Foto
Azərbaycan Türkiyə Tələbə Birliyinin (ATTB) təşkilatçılığı, "Xəzər" İntellektual Gənclər Klubu və "Azerbaijan Youth Network"ün tərəfdaşlığı ilə Ankarada Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş "Əkinçi" intellektual yarışı baş tutub.
Publika.az xəbər verir ki, "Molla Nəsrəddin", "Füyuzat", "İstiqlal", "İrşad" və "Əkinçi" komandalarının iştirak etdiyi yarışda iştirakçılar Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası və təhsilinə dair sualları cavablandırmağa çalışıblar.
3 mərhələli intellektual yarışın yekun nəticəsinə əsasən, Türkiyədə təhsil alan tələbələr Cavid Zeynalov, Rasim Həsənzadə, Tuqay Əsədli və Xəlil Quliyevin təmsil olunduğu “Molla Nəsrəddin” komandası yarışmanın qalibi olub.
Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsinin inkişaf etdirilməsinə, o cümlədən, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqında biliklərinin genişləndirilməsinə imkan yaratmaq, asudə vaxtlarının səmərəli keçməsinə nail olmaqdır.



-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər







































