Elm və təhsil
50 illik nəzəriyyə təsdiqləndi: Alimlər “qara dəlik bombası”nı tapdılar
Yarım əsrin nəzəriyyəsi - “qara dəlik bombası” ideyası ilk dəfə olaraq laboratoriya mühitində həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “Southampton” Universitetində Marion Krombun rəhbərliyi ilə araşdırma aparılıb.
Fiziklər fırlanan sistemdən enerji oğurlayan bir prinsip olan 50 illik Zeldoviç nəzəriyyəsini eksperimental olaraq sübut edərək qara dəliklərin enerji gücləndirmə mexanizmlərinə işıq salıblar. Bu təcrübə ilə eksperimental olaraq sübut olunub ki, fırlanan cisimdən enerji oğurlamaq mümkündür.
Tapıntılara əsaslanaraq, komanda bir addım irəli gedərək “qara dəlik bombası”nın analoqunu yaratmağa müvəffəq olub. Təcrübə zamanı fırlanan metal silindr və az itkili rezonatordan istifadə edilərək, əvvəlcə sadəcə səs-küylü olan bir siqnalın zamanla eksponent olaraq böyüdyü təsbit edilib.
Tədqiqatçılar bunun qara dəliklər ətrafında nəzəri olaraq gözlənilən enerji artımı mexanizminin analoqu olduğunu vurğulayıblar.
Bildirilib ki, araşdırmanın nəticələri qara dəliklərin enerji istehsal prosesləri haqqında mühüm ipucları verir.
Roza
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































