Elm və təhsil
“AQA Şirkətlər Qrupu": "Gənc qızların təhsilini dəstəkləməyə davam edirik"
"AQA Şirkətlər Qrupu” gənc və istedadlı qızlar üçün könüllü şəkildə təsis etdiyi təqaüdlərin gecikməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Şirkətdən Publika.az-a daxil olan açıqlamada bildirilir ki, "AQA Şirkətlər Qrupu” üç ildir ki, istedadlı qızların inkişafını dəstəkləmək üçün "Dəmir Təqaüd” proqramını həyata keçirir:
"Təqaüd proqramımız şirkətimizin tamamilə könüllü sosial təşəbbüsüdür.
Bu proqramla biz 125-dən artıq gənc qızın təhsilinə və inkişafına töhfə vermək üçün 240.000 AZN-dən çox vəsait ayırmışıq. Nəticədə bu proqramdan bəhrələnən istedadlı qızlarımız təhsilini davam etdirmək, bacarıqlarını inkişaf etdirmək və yeni üfüqlərə açılmaq imkanı qazanıb.
Onlar bu gün Latviya, Türkiyə, Fransa, ABŞ, Polşa, İsveç, İrlandiya, İspaniya, Almaniya, Kanada və İngiltərədə təhsil alırlar.
Hazırda da təqaüd proqramımız aktivdir və ödənişlərimiz mərhələli şəkildə davam edir. Bütün tələbələrin ödənişləri dərs ilinin sonuna qədər yekunlaşacaq".
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































