Elm və təhsil
Tələbə qəbulu qaydalarında dəyişikliklər edildi - Yeniləndi
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, əsas dəyişiklik iştirakçıların hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyatı zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini seçmələri ilə bağlıdır.
DİM bir daha diqqətə çatdırıb ki, həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər hər imtahan sessiyasında bir altqrup üzrə seçim etməklə (məsələn, yaz imtahan sessiyasında RK, yay imtahan sessiyasında Rİ) ümumi müsabiqə şərtlərini ödədikləri halda, hər iki altqrupa aid ixtisasları yenə də seçə bilərlər.
Bundan başqa, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na 1 saylı əlavə “İxtisas qrupları və ixtisaslar” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na uyğunlaşdırılıb. Uyğunlaşdırma zamanı müvafiq ixtisas qruplarına aşağıdakı yeni ixtisaslar əlavə edilib:
I ixtisas qrupu üzrə:
Riyaziyyat-kimya (RK) altqrupuna:
- Riyaziyyat və fizika müəllimliyi;
- Xüsusi rabitə vasitələri mühəndisliyi;
- Kənd təsərrüfatı texnologiyaları;
- Qida texnologiyaları;
- Heyvandarlıq.
Riyaziyyat-informatika (Rİ) altqrupuna:
- Data analitikası;
- Proqram təminatı mühəndisliyi.
III ixtisas qrupunun Dil-tarix (DT) altqrupu üzrə:
- Xüsusi pedaqogika;
- Kommunikasiya və rəqəmsal media;
- Dövlət təhlükəsizliyi və idarəetmə.
IV ixtisas qrupu üzrə:
- Qidalanma və diyetologiya.
V ixtisas qrupu üzrə:
- Adaptiv bədən tərbiyyəsi;
- Kütləvi sağlamlaşdırıcı idman;
- Ümumi fiziki hazırlıq.
xxx
Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliklə, “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada verilib:

-
Yaxın Şərq17:17ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirildi
-
Nida Xəbər 17:10Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
-
İdman17:06Millətlər Liqası: Azərbaycan Litva ilə qarşılaşır - Canlı
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."







.jpg)

























.jpg)

