Elm və təhsil
Bu gün DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı keçiriləcək.
Bu barədə Publika.az-a Mərkəzdən bildirilib.
İmtahan 2025-ci il mayın 3-də Dövlət İmtahan Mərkəzinin Bakıda yerləşən hər iki inzibati binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.
İmtahanın keçirildiyi ünvanlar:
Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə qeydiyyatdan keçdikləri imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahan mərkəzinə gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
Qeyd edək ki, rəqəmsal SAT (Scholastic Assessment Test) ABŞ və digər ölkələrin ali təhsil müəssisələrinə qəbul üçün standartlaşdırılmış imtahandır, 2024-cü ildən onlayn formatda keçirilir. Test iki bölmədən ibarətdir: “Oxuma və yazı” və “Riyaziyyat”, bunlar mətn təhlili, qrammatika, cəbr və verilənlərlə işləmək bacarıqlarını yoxlayır.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər






































