Elm və təhsil
109-cu Pulitser mükafatının laureatları məlum olub
ABŞ-ın Kolumbiya Universitetində 109-cu Pulitser mükafatının laureatları açıqlanıb. Ədəbi nominasiyanın qalibi Persival Everett olub, o, Amerika klassikası olan Mark Tvenin “Heklberri Finn”in istehzalı və bacarıqlı şəkildə yenidən nəzərdən keçirilməsi - “Ceyms” romanına görə mükafatlandırılıb. Burada Hekın sərgüzəştləri onun yol yoldaşı, qaradərili qul Cim nöqteyi-nəzərindən göstərilir.
Publika.az xəbər verir ki, hələ Pulitser mükafatını almamışdan əvvəl “Ceyms” romanı “The New York Times Book Review”, “Esquire”, “W Magazine”, “Bustle”, “LitHub” kimi nəşrlər tərəfindən ilin ən yaxşı kitabı kimi tanınıb. Ekranlaşdırma hüquqlarını “Universal Pictures” alıb, layihənin prodüseri isə Stiven Spilberq olacaq.
Ən yaxşı elmi-populyar kitaba görə 2025-ci ilin Pulitser mükafatı sovet dissident hərəkatının tarixindən bəhs edən “Ümidsiz işimizin uğuru şərəfinə” əsərinə görə amerikalı tarixçi Benjamin Natansa verilib.
Bundan əlavə, jurnalistika sahəsində müstəsna nailiyyətlərə görə 15 mükafat verilib. Bu mükafatlardan ikisi 2024-cü il iyulun 13-də ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd ilə bağlı baş verən hadisələrin işıqlandırılmasına görə “Washington Post” komandasına və “New York Times” fotoqrafına verilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)









