Elm və təhsil
DİM onlar üçün test imtahanı təşkil edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 11-də qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı təşkil edəcək.
Mərkəzdən Publika.az-a bildirilib ki, imtahan Bakı şəhərində DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.
Bu imtahanda 157 nəfərin iştirakı gözlənilir.
İmtahanların idarə olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 9 nəzarətçi, 3 buraxılışı rejimi əməkdaşı (mühafizə) ayrılıb.
İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq. İmtahan 1 saat davam edəcək.
Namizədlər imtahana gələrkən kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli;
- İmtahana buraxılış vərəqəsi.
İmtahan 9 istiqamət üzrə keçirilir. İmtahanda namizədlərə müvafiq istiqamət üzrə 30 test tapşırığı təqdim olunur. Test tapşırıqlarının düzgün cavabları 1, 2 və ya 3 balla qiymətləndirilir. İmtahanda maksimum 60 bal toplamaq olar. 30 bal və daha çox nəticə əldə etmiş namizəd imtahandan müvəffəqiyyətlə keçmiş hesab olunur.
İmtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” DİM-in saytında yerləşdirilib.
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




























.jpg)









