Elm və təhsil
Kəngərli kəndindəki məktəbdə neçə şagird təhsil alacaq?
Ağdamın Kəngərli kəndində inşa edilən orta məktəb binasının 30 sinif otağında 484 şagird təhsil alacaq.
Publika.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.
O, qeyd edib ki, işğaldan azad olunduqdan sonra Kəngərli kəndində yenidən inşa edilən məktəb binası müasir tələblər səviyyəsində qurulub. Bu da şagirdlərin yüksək tədris prosesində dərs almalarına imkan verəcək: “Kəngərli kənd tam orta məktəbində 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb. Həmçinin məktəb binasının otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur”.
L.Sərabi məktəbin ümumi ərazisi barədə məlumat verərkən bildirib ki, təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Meydançadan şagirdlərlə yanaşı, dərsdənkənar saatlarda kənd əhalisi də istifadə edə biləcək. Ərazidə oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
Kənddə inşa olunmuş bir çox qeyri-yaşayış binasının, o cümlədən məktəbin daimi enerji təminatının ödənilməsi məqsədilə binaların damında da Günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı




























.jpg)










