Elm və təhsil
“100 böyük türk”ün içində Nizami, Şah İsmayıl, Rəsulzadə yoxdur...
Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev illər öncə nəşr olunmuş bir kitabla bağlı maraqlı araşdırma aparıblar.
Publika.az xəbər verir ki, tarixçilər Modern.az-a açıqlamasında bildiriblər ki, bu kitabın adı “100 böyük türk”dür:
“Amma nəşrə Nizami, Nəsimi, Uzun Həsən, Şah İsmayıl, Şah Abbas, Nadir şah, M.Ə.Rəsulzadə və b. tarixi şəxsiyyətlərin bioqrafiyalarının daxil edilməməsi bizi çox üzdü.
Bu kitabın müəllifi türkiyəli yazıçı-jurnalist Sədi Boraqdır. Kitab 1968, 1976 və 2004-cü illərdə Türkiyədə nəşr olunub. Həmin kitab SSRİ-nin dağılması ərəfəsində - 1991-ci ilin aprelində Azərbaycan dilində də çap olunub. Azərbaycanca nəşrin üz qabığında Alp Arslan, Şeyx Şamil, Atatürk, Çingiz xan, Atilla, Mete xaqan, Barbaros Xeyrəddin Paşa, Füzuli və Yunus Əmrənin şəkilləri yer alıb.
Fikrimizcə, qardaş Türkiyədə səslənən anti-Səfəvi fikirləri belə kitablardan qaynaqlanır. Ümid edirik ki, gələcəkdə Türkiyəmizdə bu cür kitablar qarşımıza çıxmayacaq”.
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
















.jpg)











.jpg)









