Elm və təhsil
Bu məzunların 75 faizi aşağı nəticə göstərib
2024-cü ilin statistik hesabatında əvvəlki illərin məzunlarının imtahandakı nəticələri digər imtahan iştirakçılarının nəticələrindən çox zəif olub. Hesabata əsasən, əvvəlki illərin məzunlarının böyük hissəsi (75.04%-i) 40 baldan aşağı nəticə göstərdiyinə görə məqbul nəticə əldə edə bilməyiblər.
Publika.az xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent 12" jurnalında qeyd olunub.
Məlumata əsasən, ötən il rezidenturanın 1-ci cəhd imtahanında iştirak etmək üçün 786 tələbə müraciət edib, 776 nəfəri baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak edib. 374 nəfər "məqbul" alıb.
İmtahanın I mərhələsində iştirak edən 1743 namizəddən 967-si əvvəlki və cari ilin məzunları olub. İştirakçılardan 314 nəfər məqbul alaraq II mərhələdə iştirak etmək hüququ əldə edib.
II mərhələdə iştirak etmək üçün ərizə verənlərin sayı 894 nəfər olub. İmtahanın II mərhələsində 889 nəfər iştirak etmiş və bu namizədlərin çoxu (666 nəfər -74.92%) müsabiqədə iştirak etmək hüququ qazanıb.
Müsabiqədə iştirak edən namizədlərin 90.94%-i (592 nəfər) öz ərizəsində Azərbaycan Tibb Universitetinə (Hərbi tibb fakültəsi ilə birlikdə 98.92% (644 nəfər)), 77.88%-i (507 nəfər) Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna, 68.97%-i (449 nəfər) Bakı Sağlamlıq Mərkəzinə, 67.74%-i (441 nəfər) Mərkəzi Klinikaya, 64.98%-i (423 nəfər) Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalına aid olan ixtisasları qeyd edib.
İmtahanlarda iştirak üçün qeydiyyatdan keçən namizədlərin 36.09%-i rezidenturaya qəbul olub.
-
Region09:18Ermənistanda seçki: 2005 məntəqədən 1878-nin nəticələri bəllidir
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: Prezidentlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?






































