Elm və təhsil
Valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllim GÖRÜN NƏ DEYİB - FOTO
Tovuzda müəllimin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.
Publika.az "Teleqraf"a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəllimi Günel Məmmədovanı müdafiə ediblər.
Müəllimin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.
"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.
Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.
Adıçəkilən müəllim də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:
"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim", - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.
-
Hadisə13:12Bakıda kütləvi bıçaqlanma: Bir nəfər öldürüldü, deputatın oğlu saxlanılanlar arasındadır
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
















.jpg)



















