Elm və təhsil
İkinci cəhd imtahanına ən çox müraciət bu qrupa oldu
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Publika.az Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən xəbər verir ki, ll cəhd imtahanında iştirak üçün 131019 abituriyent qeydiyyatdan keçib.
Onlardan 119069 nəfəri Azərbaycan bölməsi, 11950 nəfəri isə Rus bölməsi üzrədir.
Bütün qruplar üzrə bu rəqəm 71129 nəfər təşkil edir. Onlardan 63702 nəfəri Azərbaycan, 7427 nəfəri isə Rus bölməsidir.
I ixtisas qrupu üzrə ümumilikdə 24033 olub. Onlardan 21537 nəfər Azərbaycan bölməsi, 2496 nəfər rus bölməsidir.
II ixtisas qrupu üzrə ümumilikdə 18006 şəxsdir, Azərbaycan bölməsi üzrə 16414, rus bölməsi üzrə isə 1592-dir.
III ixtisas qrupu üzrə ümumilikdə 23459-dur. Azərbaycan bölməsi üzrə 21016, rus bölməsi üzrə isə 2443-dür.
IV ixtisas qrupu üzrə ümumilikdə 5631 nəfər təşkil edir, onlardan 4735-i Azərbaycan bölməsi, 896 nəfəri isə rus bölməsi üzrədir.
Statistik göstəricilərdən aydın olur ki, ən çox müraciət I ixtisas qrupuna olub.
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək







.jpg)




























.jpg)

